Kateqoriyasız

Elşad Əhmədov: “Hücumçu transferi edə bilərik”

Topaz Premyer Liqasının X II turuna start verilib

İdmanxeber.az-ın məlumatına günə “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib. Oyunun ardından qonaq komandanın baş məşqçisi Elşad Əhmədov görüş barəsində fikirlərini bildirib:

“Birinci hissədə yaranan imkanlardan istifadə edə bilmədik. Bəzi problemlərimiz var. İkinci hissənin əvvəli rəqib daha yaxşı təsir bağışladı. İkinci hissə epizod belə yarada bilmədik. Rəqib daha yaxşı oynadı və qalib gəldi”.

-Epizod yarda bilməməyinizə səbəb nə idi?

-İrəlidə hücumçu problemi var. Cavidi orada məcbur oynadırıq, Deviç yox idi deyə. Ancaq topu ora çatdıra bilmirik.

-Təmkinlə Coşqunun oyununu necə qiymətləndirirsiniz?

-Təmkin Xəlilzadə yaxşı görsənmirdi. Coşqun çalışsa da, tam o deyil.

-Cavid sanki daha ehtiyatlı oynayır…

-Ola bilər ki, öz mövqeyində oynamır ona görə.

-Hücumçu transferi olacaq?

-Hələki danışıqlar gedir. Ola bilsin ki, oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43