Kateqoriyasız

Elşad Əhmədov: “Oyunun haqqı heç-heçə idi”

Topaz Premyer Liqasının X turunda “Qəbələ” komandası “Sabah”ı qəbul edib. Oyunun ardından qonaq komandanın baş məşqçisi Elşad Əhmədov görüş barəsində fikirlərini bildirib:

“Maraqlı oyun oldu. İkinci hissə çox yaxşı oynadıq. İlk hissə gözlədiyimiz kimi olmadı. Demək olar ki, heç-heçəlik oyun idi”.

Fasilədə oyunçularla nə söhbət etdiniz? Deviçin olmaması nə qədər təsir edir sizə?

-Deviçin olmaması dişsizlik yaratdı. Fasilədən sonra oyunda dönüş etmək barəsində danışdıq. Sürətli oynamaq üçün müəyyən dəyişikliklər etməliydik.

-Heyətdə dəyişiklik etməyiniz məğlubiyyətdə rol oynadı?

-Ramosla başlaya bilməzdim. Oyunçu çox yorğun idi. Hər oyun oynayırdı. Təbii ki, o, oyuna girəndən sonra oyunda xeyli dönüş oldu. Bəlkə də onunla başlasaydıq daha fərqli olardı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43