Ölkə futbolu

Elşad Əhmədov: “Qələbə qazanacağımıza söz vermişdik”

TPL-nın III turuna start verilib.

İdmanxeber.az verdiyi məlumata görə, Topaz Premyer Liqasının III turunda “Sabah” komandası “Zirə”nin qonağı olub. Matçın ardından qonaq komandanın çalışdırıcısı Elşad Əhmədov oyun barəsində mətbuata açıqlama verib. 0, ilk hissədki oyunu bütün 90 dəqiqə oynamaq istədiklərini bildirib:

“Bundan qabaqkı turlarda zəif oyun göstərmişdik. Oyunçularla danışıb bu gün yaxşı oynayacağımıza söz vemişdik. Birinci qoldan sonra işlərimiz daha da asanlaşdı. Vurduğumuz ikinci qol isə bizi qələbəyə apardı”

Birinci hissədəki oyunu ikinci hissədə görə bilmədik. Buna necə münasibət bildirərsiniz?

Təzə komandayıq. Zaman keçdikcə oynadığımız oyunu 90 dəqiqəyə yaymaq istəyəcəyik. Bunu üçün bir müddət daha bir yerdə çalışmalıyıq.

Deviçin alternatifi yoxdur. Heyətinizə hücumçu qatacaqsınız?

Xeyr. Transferi tamamən saxlamışıq. Üstünlüyü yerli oyunçulara veririk. Mövcüd heyətlə davam etməyi düşünürük.

Çempionatda yaranacaq fasilə sizə necə təsir edəcək?

Məncə, bu fasilə bizim xeyrimizə olacaq. Komandamıza yeni qoşulan oyunçular var. Çatışmayan yerləri düzəltmək üçün əla fürsətdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43