Müsahibə

Elşən Abdullayev: “Müqaviləmdə belə şərt yoxdu”

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ” doğma meydanda “Kəpəz”i 2 – 1 hesabı ilə məğlub edib.

Idmanxeber.com-un məlumatına görə, qarşılaşmadan sonra Ağdam klubunun yarımmüdafiəçisi Elşən Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

– Çətin olacağını bilirdik. İlk hissədə qol buraxmağımız rəqibin güclü olduğundan xəbər verdi. Şükürlər olsun ki, qalib gəldik. 3 xal bizə çətin başa gəldi. “Qəbələ” də xal itirdi və 4 xal önə keçdik. Bu da ayrı bir sevindirici hal oldu.

– “Qəbələ” də xal itirdi və xal fərqi 4 oldu…

– Bu hal ancaq sevindirici ola bilər…

– “Qarabağ”da ilk dəfə idi ki, start heyətdə mübarizə aparırdın…

– Zədədən sonra ilk oyunlar çətin olur. Amma özümü yaxşı hiss edirəm. Baş məqşçimiz nə zaman şans versə, mən özümü hazır hesab edirəm.

– “Qarabağ”da debüt oyununu “Neftçi”yə qarşı keçirmişdin. Nəsə fərqli hisslər keçirdin?

– Sabiq klubuma qarşı oynadım. Əlbəttə ki, bir az pis təsir etdi. Qələbə qazandıq və buna çox sevindim. Amma “Neftçi” ilə yarımfinalda qarşılaşmaq istməzdim, finalda oynasaydıq, daha yaxşı olardı.

– Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçəndə klublar arasında belə razılaşma əldə edildi ki, Namiq “Qarabağ”a qarşı oynamasın. Səndə belə şərt var ki, “Neftçi”yə qarşı oynamayasan?

– Xeyr, məndə belə şərt yoxdu. Mən “Qarabağ”a azad agent statusu ilə keçmişəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43