l Divizion

Eltun Yaqublu: “Çalışacağıq qələbələrin davamı gəlsin”

“Səbail”in yeni transferi və MOİK-lə oyunda ikinci qolunun müəllifi olan Eltun Yaqublu klubun rəsmi “Facebook” səhifəsinə açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, o, qələbələrin davamını gətirməyə çalışacaqlarını bildirib:

“Ağır oyun olacağını bilirdik. Təlim-məşq toplanışı zamanı da bu qarşılaşmanın çətin keçəcəyini başa düşürdük. Bu səbəbdən oyuna çox yaxşı hazırlaşmışdıq. Komanda olaraq bu gün meydanda əzmlə mübarizə apardıq. Fikrimcə, rəqibi təkcə hesabda yox, oyun planında da üstələdik. Sevinirəm ki, debüt oyunumda qol hesabımı açdım. Qolu kimin vurmasından asılı olmayaraq, əsas olan komandanın qələbəsidir. Çalışacağıq qələbələrin davamı gəlsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43