08 Sentyabr 2024
Kateqoriyasız

Elvin Məmişzadə: “Finalda da bu taktikadan istifadə etdim…”

“Finaldakı italiyalı rəqibimi daha öncədən tanıdığım üçün çox rahat qələbə qazandım.”

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı -2015” Avropa Oyunlarının boks üzrə yarışlarında ölkəmizi 52 kq-da təmsil edən Elvin Məmişzadə deyib:

“Deyə bilərəm ki, bu döyüş daha öncəki 3 görüşümün hamsından asan oldu. Mənim ringdə öz taktikam var. Rəqiblərimi bacardığım qədər aldadıb zərbə endirməyə çalışıram. Finalda da bu taktikadan istifadə etdim və heç bir çətinlik yaşamadım. Qələbəmi ailəmə və Silahlı qüvvələr günü münasibəti ilə səngərdəki bütün əsgərlərimizə hədiyyə edirəm.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43