İdman

Elvin Məmmədov: “Hamı soruşur ki, niyə əsas heyətə düşə bilmirsən?”

“Mənim “Qəbələ” ilə müqaviləm var və başqa kluba keçmək kimi bir düşüncəm yoxdu”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Məmmədov deyib. Bir ara adı “Neftçi” ilə hallanan lakin transferi baş tutmayan millimizin sabiq üzvü özü haqda yayılan söz-söhbətlərə bu vür aydınlıq gətirdi: “Bəli, belə bir məsələ var idi. Lakin hər iki klub arasında danışıqlar gedib, məsələ ciddiləşməyib. “Qəbələ” qalmağımı istədi, mən də bu klubun futbolçusuyam, başqa da ikinci söhbət olmayıb”.

Elvin Məmmədov “Qəbələ”də əsas heyətə düşə bilməməsinə də münasibət bildirdi: “Hamı soruşur ki, niyə əsas heyətə düşə bilmirsən? Qardaş, əgər mən bu gün əsas heyətə düşə bilmirəmsə, günah özümdədi, Qriqorçukda yox. Bu məşqçi məni klubunda görmək istəyirsə, demək lazımam. Mənim üzərimə düşən iş isə çox çalışmaq və lazımı formanı bərpa etməkdi. Çalışacağam ki, əvvəlki kimi əsas heyət oyunçusu olum”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43