Ölkə futbolu

Elvin Yunuszadənin yeni komandası bəlli oldu – ÖZƏL

Milli komandamızın sabiq üzvü Elvin Yunuszadənin yeni komandası bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir “Sabah”ın düşərgəsindən ayrılan müdafiəçi “Səbail”lə razılığa gəlib. 26 yaşlı futbolçu bu gün komandası ilə ilk məşqinə də çıxıb. Rəsmi açıqlamanın gün ərzində olacağı gözlənilir.

Qeyd edək ki, paytaxt təmsilçisinin Elvin Yunuszadə ilə 1,6 illik müqavilə bağladığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43