Müsahibə

Elvin Yunuszadədən: “Yəqin Əfran yuxulu olub” (MÜSAHİBƏ)

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin İdmanxeber.com-a müsahibəsi.

– "Neftçi"yə məğlubiyyəti çoxları gözləmirdi. Xal qazana bilməməyinizə nə səbəb oldu?

Məncə bir neçə səbəb var. Həm oyunumuz alınmadı, həm yorğunçuluq, həm də əlimizdə düşən qol imkanlarından yararlana bilmədik. 

– Əsas heyətin bir neçə üzvü oynamadı. Bəlkə elə bu məqam başlıca səbəbdi?

Belə baxanda, ümumi götürsək əsas heyətdən çox futbolçu oynayırdı. Ancaq alınmadı.

– Əfran İsmayılov açıqlamasında "Yunuszadə nəyə görə bəhanə gətirsin? O, özü heç Avropa Liqasında oynamır" – deyib. 

Düzdü, mən oynamamışdım. Mən özümü nəzərdə tutub deməmişdim, ümumi komandanı deyirdim. Komandada tək mən deyiləm ki… Əfran qardaşdı, yəqin həmişəki kimi yenə yuxulu olub (gülür). Müsahibəsi ilə bağlı özündən soruşdum, dedi zarafatnan demişəm.

– Yəqin ki, epizodlara baxmısan. Sayılmayan bir qolunuz var. HK sədri Xəqani Məmmədov da etiraf etdi ki, o təmiz qol idi.

Bəli, baxdım həmin epizodlara. İkinci epizodda qol idi. Ancaq saymadılar. Hakimlər haqqına əlavə nəisə danışmaq istəmirəm.

– Ötən gün "Qəbələ" də xal itirdi. Çempionluq şanslarınızı necə görürsən?

Məncə hələ tezdi bu haqda danışmaq. Marafon uzundu, hər şey ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43