Kateqoriyasız

“Elxan Əhmədova inanırıq” – Emil Martinov

“Səbail”in müdafiəçisi Emil Martinov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qarşılaşacaqları oyun barədə fikirlərini bildirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, bolqarıstanlı futbolçu oyuna hazır olacaqlarını deyib: “Rıbkanın zədələnməsi komandamız üçün böyük bir itkidir, ancaq hamımız Elxan Əhmədova inanırıq. O, bacarıqlı, sakit və özünə inamlıdır. “Qarabağ”la oyuna hazır olacağıq”.

“Qarabağ” – “Səbail” matçı mayın 5-i, saat 18:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43