Müsahibə

Elxan Abdullayev: “Aramızda “kişi sözü” olub”

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib (1:1).

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb

– Fasilədən sonra oyunlar hər zaman çətin keçir. Oyun gərgin keçsə də, hər iki komanda yaxşı oynadı. Azarkeşlərə təşəkkür edirəm, çünki belə bir havada gəlib komandaya dəstək oldular.

– Namiq Ələsgərovun heyətdə olmaması nə ilə əlaqəlidir?

– Bu, hər iki komanda arasında əldə olunan razılıq idi. Müqavilədə belə bir bənd olmasa da, aramızda “kişi sözü” olub.

– Oyunda bir neçə şübhəli epizod oldu…

– Hakimlər haqqında heç nə deyə bilmərəm. Epizodlara baxdıqdan sonra fikir bildirmək olar.

– Elxan Abdullayev arzuladığı “Neftçi”ni qura bilibmi?

– Hələ bu, ilk oyunumuzdu. Qarşıdakı oyunlarda komandanın əsl gücünü görmək olar.

– Kamal Qurbanov nə zaman heyətə düşəcək?

– O, perspektivli futbolçudur. Mən istəyirəm ki, o daha da təcrübəli futbolçu olsun. Bu səbəbdən onu Antayaya da aparmadım. İstəyirdik ki, o özünə yaxşı komanda tapsın. Amma Kamal hələ bizim futbolçudur və bizimlə məşq edir.

– Heyətə cəlb olunan futbolçular sırf sizin istəyinizə görə komandaya cəlb olunub?

– Əlbəttə!

– “Neftçi”nin dəyişdiyini düşünmək olar?

– Obyektiv danışsaq, hər iki komanda qələbəyə layiq idi. Amma 1:1 hesablı bərabərlik hər iki komanda üçün yaxşıdır.

– Qarşıdan daha iki çətin oyun gözləyir…

– Komandaların fərqi yoxdur. Bu təqvim hər komandalar üçün eynidir. Çalışacağıq ki, daha yaxşı oynayaq.  

– Komandaya cəlb olunan yeni hücumçunun durumu sizi qane edirmi?

– O, istedadlı futbolçudur. 30 yaş elə də çox deyil. Əksinə, bu, daha da təcrübə deməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43