Premyer Liqa

Elxan Abdullayev: “İstərdim ki, o mahnını azarkeşlərimiz tez-tez dinləsin”

Premyer Liqanın 19-cu turunda “Kəpəz” səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.com xəbər verir ki, oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Elxan Abdullayev  oyunla bağlı fikirlərini bildirib:

–    Çətin olacağını bilirdik. “Kəpəz”dən belə oyun gözləyirdik. Onlara xal daha çox lazım idi.  Yaxşı oynadıq, qol vura bilmədik. 90 dəqiqə təzyiq etdik, təəssüflər olsun ki, fərqlənə bilmədik.

–    Namiq Ələsgərovun oyunu necə təsir bağışladı?

–    Namiq ilk hissədə istədiyi kimi oynamadı. 2-ci hissədə isə yaxşı oldu. Fasilədə isə bəzi tapşırıqlar verdim. Rəhmandan daha yaxşı oyun gözləyirdim. Ötən tur oynadığımız heyəti dəyişməmişdim.

–    Getdikcə “Neftçi”də məhsuldarlıq daha da azalır…

–    Məni sevindirən odur ki, qol buraxmırıq. Qol vurulanda stadionda mahnı səslənir. Mən istərdim ki, o mahnını azarkeşlərimiz tez-tez dinləsin. Yəni, çoxlu qollar vuraq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43