19 Fevral 2020
Kateqoriyasız

Elxan Abdullayev millini çalışdırmaq imtina edib

Bu gün Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub. Qurum rəsmisi canlı yayım vaxtı Elxan Abdullayevin U-18 millimizin baş məşqçi postundan imtina etdiyini təsdiqləyib:

“Məşqçilər Komitəsi U-18 millimizə baş məşqçi namizədi kimi Elxan Abdullayevi təklif etdi. Biz də bunu qəbul etdik. Amma hələki qərar yoxdur. Bəli, Elxan Abdullayev dedi ki, əsas milli komandaya gələcək baş məşqçinin köməkçisi olmaq arzusundadır. Lakin biz buna hal-hazırda cavab verə bilmərik. Çünki milli komandaya gələn məşqçi öz köməkçilərini özü təyin edir. Təbii ki, yerli köməkçilər də olur. Hal-hazırda bu köməkçi Arif Əsədovdur və o işinə davam edir”.

Oxşar xəbərlər

“Səbail 2” baş məşqçi ilə yollarını ayırdı

admin

“Zirə” Rumıniya klubuna qalib gəldi

admin

“Ramil Şeydayevlə çox uzağa gedə bilməzsən”

admin