Premyer Liqa

Elxan Abdullayve: “Növbəti oyunlara qələbə qazanmaq üçün çıxacağıq”

Bu gün Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi” səfərdə “Kəpəz”ə məğlub olub – 2:0.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən  mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

“Belə meydanda oynamaq bütün komandalar üçün çox çətindir. Bu amil həm bizə, həm də rəqibə çətinlik yaratdı. Zədəlilərin çoxluğu ardıcıl 2-3 oyun stabil heyətlə oynamağa imkan vermir. Pavel Dreksa və Kirilo Petrov zədəli olduğu üçün müdafiənin mərkəzində iki məcburi dəyişiklik etmişdik. Üstəlik, sol cinah oyunçusu Georgi Navalovski zədəli olduğu üçün ikinci hissədə ağrıkəsici iynənin hesabına meydana çıxdı. Ruslan Abışov bu gün “18-lik”də olsa da, hələ ki meydana çıxmağa hazır deyil, tam bərpa olunmayıb. Bir sözlə, birdən-birə 4 futbolçunun zədələnməsi oyunumuza çox pis təsir edib. Bütün bunlara baxmayaraq, növbəti oyunlara qələbə qazanmaq üçün çıxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43