Müsahibə Ölkə futbolu

Elxan Məmmədov: “İki komandanın yükü çox ağır olur”

Bu gün AFFA İK-si iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasın ardından AFFA-nın baş katibi Elxan Məmmədov brifinq keçirib. O, Qurban Qurbanovun millidən ayrılmasından da danışıb:

“Bildiyiniz kimi Qurbanov həm milli də, həm də “Qarabağ” da baş məşqçi idi.  Bu gün milli komandanın son illərdəki nəticələrini müzakirə etdik. Müzakirədən sonra Qurban Qurbanovun milli komandadan ayrılması üçün qarşılıqlı razılığa gəldik. Təcrübə göstərdi ki, iki işi də bir arada aparmaq çətin olur. “Qarabağ”ın uğurları da bizim üçün önəmlidir. Gördük ki, iki komandanın da yükü çox ağır olur.  Millətlər Liqasındakı uğursuzluq göz önündədir. Ona görə də Qurbanova təşəkkür edib yollarımızı ayırdıq. Keçən bu bir ildə nəticə olmasa da, çox əziyyət oldu”.

Oxşar xəbərlər

Kamran Ağayev: “Mənə tərəf baxaraq “ə, sən … yerinə” dedi”

admin

“Azərbaycan yığmasını qiymətləndirmək çətindir”

admin

“Xəzər Lənkəran” – “Qəbələ”: CANLI YAYIM

admin