09 Avqust 2020
Kateqoriyasız

Elxan Məmmədov: “Milli komandaları da araşdırırıq”

AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında qurumun baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə gündəlikdə olan məsələlər barədə məlumat verib:

– İclasın gündəmində 2 məsələ var idi. 1-ci bugünkü nizamnamədəki dəyişikliklər, seçki konfransının yanvarın 28-də keçirilməsi. 2-ci isə baş məşqçi məsələsi.

– Nizamnamədəki təkliflərdə 4 vitse-prezident olacağı bildirilib. Dəyişikliklər nəyə hesablanıb?
– Hüquqi dil bir az çətin olur. Dəyişiklər tətbiq olunur.Məqsəd ilk növbədə nizamnaməni təkmilləşdirmək idi. Əsas məsələ ondan ibarət idi ki, müxtəlif komitələr ləğv olundu. Onsuz da İcraiyyə Komitəsinin səlahiyyətləri genişdi. İndiki komitələr hamısı fəaliyyətini davam etdirəcək. İcraiyyə Komitəsinin üzv sayı 11-dən 13-ə qaldırıldı. Say artanda vitse-prezidentlərin sayı da artmalıdır. 1 icraçı və 3 vitse-prezident. Düşündük ki, icraçı vitse-prezident komitələrin fəaliyyətini izləsin. Baş katibin də fəaliyyəti öz yerində qalacaq. Növbədənkənar konfransların sayı da artırıldı. Təcili məsələlər varsa, növbədənkənar seçkilər keçirilməlidi.

– İcraiyyə Komitəsinin yeni üzləri bəllidimi?
– Bu, 28 yanvarda bilinəcək. Namizədlərlə bağlı məlumatlar veriləcək.

– Yeni vitse-prezidentlər kimlər olacaq?
– İcraiyyyə Komitəsinin üzvləri arasında namizədlər verilir. AFFA-nın prezidentinin səlahiyyətidi ki, vitse-prezidentləri özü seçsin.

– İcraiyyyə Komitəsinin üzvlərindən ayrılan olubmu?
– Rəsmi qaydada heç bir müraciət edilməyib. Üzvlərlə müzakirə edildikdən sonra bilinəcək. Hələlik imtina ərizəsi verilməyib. Səlahiyyətləri yanvarın 28-də bitir.

– İcraçı vitse-prezident postuna sizin gələcəyiniz deyilir.
– Deyilənlərə inanmayın. Müəyyən prosedurlar var. Ali orqan Konfransdı. Sonra da İcraiyyə komitəsi gəlir.

– Futbolumuzun hazırkı durumuna görə əsas tənqid hədəfi sizsiz. Bu məsələlərə necə baxırsız?
– Sağlam tənqidlərə müsbət baxıram. Futbol xalq oyunudu. Futbol tək AFFA-nın deyil, xalqındı. Tənqid etməyə insanların haqqı var. Sağlam tənqiddisə, haqqları var. Məşqçilər, futbolçular və AFFA da tənqidlərə hazır olmalıdı.

– İlk dəfə idi ki, İcraiyyyə Komitəsinin iclası çox tez bitdi. Bunu demək olarmı ki, İcraiyyyə Komitəsinin üzvləri yanvarın 28-ni gözləyir. Bu vaxtacan namizədlər, təkliflər olacaq. 11-dən 13-ə say artımı deyilir və bu da PFL və Regional Federasiyanın üzvlüyüdü.
– Bugünkü iclasda əsas məqsəd növbəti hesabat seçki konfransının vaxtını təyin etmək və baş məşqçi məsələsinə aydınlıq gətirmək idi. İcraiyyyə Komitəsi bu məsələyə çox etik yanaşdı. Növbəti 4 il kimlərin üzv olacağını bilmirik.

– Martın sonunda Malta ilə oyun var. O zamana kimi baş məşqçinin adına aydınlıq gələcək?
– Bəli, ümid edirəm ki, o zamana qədər baş məşqçi məsələsinə aydınlıq gələcək. İkinci oyun Latviya ilə olacaq. Həmin görüş də martda olacaq. Daha sonra mayda Türkiyə ilə qarşılaşacaq. Uels yığmasıyla da oyun planlaşdırılır.

– Növbəti konfrans nə üçün yanvarda keçirilir?
– 3 ay ərzində keçirilməlidi. Adətən martda keçirirdik, ancaq bu dəfə düşündük ki, yanvarın sonunda edək. Əsas ona görə ki, AVRO-2020-nin oyunlarıyla bağlı işlər çox olacaq. Martda müəyyən tədbirlər keçirməyi düşünürük.

– İcraiyyyə Komitəsinin növbəti iclasında oyun manipulyasiyasıyla bağlı məsələlət müzakirə olunacaqmı?
– Gördüyünüz kimi, çox sayda şəxs futboldan kənarlaşdırılıb. Ancaq futboldan kənar adamlar da var. Onlarla bağlı məsələlərlə müvafiq orqanlar məşğul olur. Bəzi klublarda işləyən nümayəndələrimizə təşəkkür etmək istərdim. Bizə məxfi şəkildə məlumat verirlər. 2 il əvvəl hesabat konfransında bu məsələləri başlatdıq. Biz onlara məxfi nömrə vermişdik. Onlar da artıq bizlə əlaqə qururlar. AFFA-nın prezidenti də bildirib ki, bu məsələləri aradan qaldıracağıq. Hazırda dünya futbolunun ən böyük təhdidi danışılmış oyunlardı. Biz də aktiv fəaliyyətlə məşğul oluruq. İstintaq gedir, tam açıb deyə bilmərəm. Adlar, tanınmış insanlar olacaq. Qorxulu odu ki, digər idman növlərinin nümayəndələri də bu məsələlərdə saxlanılıb. Futbolla bağlı olmayan adamlardı. Məhdudiyyət yoxdu. Biz bu virusu məhv etməliyik. Digər idman növlərinin nümayəndələri futbola qarışaraq, danışılmış oyunlarda iştirak edir. Hər kəsi araşdırırıq. Milli komandaları da. Bilə-bilə şər atmaq olmaz. Bu, istintaq prosesinə maneə olur. Sağlam tənqid qəbul edilir, ancaq yalan, süni tənqid yox. Mübarizəmizi davam etdiririk.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

admin

“Qarabağ”a Poltavada sürpriz qarşılama – FOTOLAR

admin

Rəşad Sadıqovdan Prezidentin çağırışına qoşuldu

admin