26 Yanvar 2020
Kateqoriyasız

Elxan Məmmədov nəhayət Dadaşlinskinin verlişinə getdi

“İctimai TV”də yayımlanan 3D layihəsinin aparıcısı Dadaşlinski Dadaş istəyinə nail olub.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün əvvəlindən AFFA-nın baş katibi Elxan Məmmədovu verilişinə dəvət edən aparıcı bu istəyini realşşadırıb.

2 aya yaxındır telelayihədən yayınan, hətta Dadaş Dadaşlinskinin onun adını çox hallandırmamasından ötrü yuxarı dairələrə “yol axtaran” Məmmədov bu gün verilişin çəkilişinə qatılıb. Beləcə növbəti proqramda futbol azarkeşləri uzun müddətdir səbrsizliklə gözlədiyi qonağı görəcəklər. 3D-nin həftənin ilk 4 günündə yayımlandığını nəzərə alsaq, yəqin ki, budəfəki çəkiliş efirə bazar ertəsi gedəcək.

Oxşar xəbərlər

“Heç bilmirəm ki, buna necə cavab verim” – Geye

admin

Luka Modriç: “Daha güclü Azərbaycan yığması gözləyirəm”

admin

Kubokun finalının başlama saatı dəyişdirildi

admin