29 Sentyabr 2020
Kateqoriyasız

Elxan Məmmədov “Qarabağ” – “Molde” oyunu haqda: “Bilirdik ki, sonda uda bilmərik”

“Qarabağ”la birlikdə “Molde” klubunun nümayəndələri ilə həm yazılı, həm də videozənglərlə danışırdıq. Məsələyə kağız üzərində hüquqi baxılırdı. Bilirdik ki, sonda uda bilmərik”.

İdmanxeber.az-ın məlumatına görə. bu sözləri AFFA-nın vitse-prezidenti Elxan Məmmədov CBC Sport kanalında yayımlanan “Turda sonra” verilişinə telefon zəngi ilə bağlanarkən deyib.

Qurum rəsmisi UEFA-nın “Qarabağ” – “Molde” matçı ilə bağlı görüşü neyrral meydanda oynanılmasına dair verdiyi qərara münasibət bildirərkən, sözlərinə belə davam edib:

“Molde” tərəfi bu məsələdə istəkli olsaydı Norveç höküməti fərqli qərar da verə bilərdi. Biz UEFA ilə danışıqlar apararkən bildirdik ki. “Qarabağ” 30 ildi öz meydanında oynaya bllmir. Lakin qərar onların xeyrinə oldu. Bu ikili standartsaymıram. Əgər əsasnamə olmasaydı bu ikili sstandart olardı. Biz UEFA-nın üzvüyük. UEFA-nın üzvü olan ölkələri bölmək düzgün deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Arsenal” Mxitaryanı Bakıya gətirib-gətirməyəcəyini rəsmən açıqladı

admin

UEFA-dan azərbaycanlı hakimlərə yeni təyinat

admin

Nazarov Almaniya klubundan ayrılır? – Dəqiqləşdi

admin