Kateqoriyasız

Elxan Məmmədov: “Qarabağ”ı Bakıdakı finalda görmək istəyirik”

Elxan Məmmədov “Qarabağ”ın qələbəsində danışıb

İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçiriləcək püşkatma mərasimindən öncə Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə ev sahibliyi etməsi ilə bağlı açıqlama verib:

“Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Qarabağ”ın da çıxış etmək şansı var. Bu, bizim böyük arzumuzdur. Ölkəmizin futbolsevərləri ilə birgə “Qarabağ”ı finalda görmək arzumuzun gerçəkləşməsi ümidilə Avropa Liqasının bu mövsümünü daha fərqli həyəcanla izləyəcəyik. Düşünürəm ki, finalda hansı komandaların çıxış etməsindən asılı olmayaraq, azarkeşlər Bakıda əsl futbol bayramı yaşaya biləcəklər. Bakı şəhərinin gözəlliyini görmək, Bakı Olimpiya Stadionunun əzəmətini hiss etmək istəyən komandalar Avropa Liqasının 2019-cu ildə keçiriləcək final qarşılaşmasına vəsiqə qazanmaq üçün səylərini əsirgəməyəcəklər. Mübarizə, gözəllik və əzəmət görmək istəyən komandalar, söz sizindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqamızda “yay bazarlığı”: Kim gəlir, kim gedir? – YENİLƏNİR

admin

“Sabah” “qoca”nın ümidinə qalıb – siyahı

admin

Bordin istefaya göndərildi – Rəsmi

admin