19 Noyabr 2018
Ölkə futbolu

Elxan Məmmədov: “UEFA inkişaf sürətimizin zəif olduğunu bildirdi”

AFFA-nın İcraiyyə Komitəsinin iclasında sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalsitlərə müsahibə verib.

-İclasda hansı qərarlar müzakirə edildi?

-Bildiyiniz kimi bu gün İcraiyyə Komitəsinin iclası keçirildi. İclasda iki məsələ var idi. Hakimlər Komitəsi və Hakim-İnspektor komitələrinin birləşdirilməsi. Bu mövzü çoxdan gedirdi. Və bu gün qərara gəldik ki, bu komitələr birləşsin. Əlavə olaraq Hakimlər Komitəsi və Hakim-İnspektor Komitəsi birləşəndən sonra yeni sədr təyin olundu. Cənab Fritz Stuxlik bundan sonra bu vəzifəni icra edəcək.O, çox təcrübəli mütəxəssisdi. İllərdir UEFA və FİFA-nın Hakimlər Komitəsinin məsləhətçəsi kimi fəaliyyət göstərib.

– İcraiyyə Komitəsinin iclası ilə brifinqlər eyni vaxtda keçirilirdi. Bu gün isə fərqli yerdə, fərqli saatda keçirildi. Bunun səbəbi nədir?

Bu gün bizdə bütün otaqlarda iclaslar gedir. Ona görə düşündük ki, bunu fərqli yerdə keçirəcək. UEFA-nın 2019-cu illə bağlı qrupu Bakıda idi. Hakimlərin və onların iclası keçirilir. Hazırda səbəb budur.

-Yeni sədrin gəlişindən sonra cəzalanmış hakimlərin geri qayıdacağını gözləmək olar?

– Təbii ki, müəyyən yeniliklər olacaq. Bu addım tək bizim yox, UEFA ilə birgə verdiyimiz qərardı. Yaxın gələcəkdə yeni sədr öz strategiyasını tətbiq edəcək. Bizim üçün ən əsas məsələ hakimlərimizin inkişafıdır. Biz bütün çalışmalarımızı buna görə edirik. Bizim bu qərarımız gələcəyə planlanmış bir addımdır. Azərbaycan futbol tarixində hakimliyin vacib yeri var. İstəyimiz odur ki, hakimlərmizi daha da vacib qarşılaşmalarda görək.

-Yeni sədrin gəlişindən sonra çempionatımızda əcnəbi hakimlər görə bilərik?

– Xeyr. Planımızda belə bir şey yoxdur. Biz öz hakimlərimizin inkişafı üçün çalışırıq.

– Lisenziyalaşdırma prosesini ətraflı izah edə bilərsiniz?

– A meyarı məcburidir. B isə tövsiyə xarakterlidir. Yəni, mütləq deyil ki, bütün klubların əvəzedicisi olsun.

-Avstriyalı mütəxəssisin köməkçiləri kim olacaq?

– Buna şəxsən özü qərar verəcək. Növbəti iki həftə ərzində birbaşa fərdi görüşlər keçirəcək. Və özü qərarını açıqlayacaq. Onu da bildirim ki, yeni struktura uyğun olaraq seçilmiş yeni komitə birbaşa İcrayə Komitəsinə və AFFA-nın prezidentinə bağlı olacaq.

-Əcnəbi mütəxəssisin gəliş fikri necə oldu yarandı?

-Bununla bağlı  UEFA ilə müzakirələr aparılırdı. Bizə bildirildi ki, inkişaf sürətiniz çox zəif gedir. Elit təbəqədə hakimlərimiz yoxdur. Yalnız Əliyar Ağayev var. Biz bu sayı çoxaltmalıyıq.

– AFFA Xaqani Məmmədov və Əli Məmmədovla vidalaşdı? 

– Xeyr. Komitələr birləşdi. Həmin insanlar böyük işlər görüblər. Onlara minnətdarıq ki, bu səviyyəyə çatdırıblar. Onlar futbol adamlarıdır, istəyirik ki, futbolda qalsınlar. Ancaq bununla bağlı qərar veriləcək.

– “Qarabağ”ın Avropa Liqası matçlarını Bakı Olimpiya Stadionunda keçirməsini klubdan AFFA istəyib, yoxsa onlar quruma müraciət ediblər?

– Seçim klubundur. Bizə bildirildi ki, belə bir məsələ var. Stadionun rəhbərinə deyiblər. AFFA ilə də məsləhətləşiblər. Bu, klubla stadion rəhbərliyi arasında baş verib. Yaxşı olardı ki, stadionun rəhbərliyindən soruşasınız. Təbii ki, qrup mərhələsində hər klub ən yaxşı stadionda oynamaq istəyir.

– “Qarabağ” rəsmiləri qarşılıqlı müraciət olduğunu bildiriblər…

– Təbii ki, məsləhətlər olur. Tək “Qarabağ”a deyil, bütün klublara olunur. Stadion rəhbərliyilə razılaşıblar. Müqavilə müddəti 3 ildir.

 

Oxşar xəbərlər

“Neftçi” rəqib tapa bilmədi və…

admin

“Xəzər Lənkəran”ın Antalya toplanışının yekun icmalı – VİDEO

admin

“Simurq” “İnter”lə oyuna ciddi itkilərlə hazırlaşır

admin