Kateqoriyasız

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezident oldu

AFFA-nın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında vitse-prezidentləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, AFFA-da yeni təsis olunan icraçı vitse-prezident postu 2007-ci ilin iyulundan burada baş katib kimi çalışan Elxan Məmmədova həvalə edilib.

Vitse-prezidentlərin sayı da 3-ə çatdırılıb. Rauf Əliyev və Elşad Nəsirovla yanaşı, Vaqif Sadıqov da bu postu tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43