Milli komanda

Elxan Məmmədov: “Baş məşqçinin tövsiyələrini nəzərə alaraq mükafat təyin edirik”

Millətlər Liqasında qalib gəldiiymiz Farer adaları matçından sonra AFFA-nın baş katibi Elxan Məmmədov oyun barəsində fikirlərini bölüşüb:

“Qalib gəlməyimiz çox vacib idi. Biz bu liqanı özümüzə fürsət kimi görürrük. Və qrupdan lider çıxacağımıza inanırıq. Əlverişsiz hava şəraitinə görə oyunun təxirə düşmə ehtimalı var idi. Ancaq sonradan oynanmasına qərar verildi”.

Baş katib qrupdan çıxacağımız təqdirdə komandaya hər hansı mükafatın verilib-verilməyəcəyini də münasibət bildirib:

“Təbii ki, biz baş məşqçi ilə məsləhətləşirik, onun tövsiyələrini nəzərə alaraq mükafat təyin edirik. Əlbəttə, birinci yer bizim üçün çox vacibdir, məqsədimiz bu yeri əldə etməkdir. Amma baş məşqçi komandanın psixoloji vəziyyətini daha yaxşı bilir və hansı anda nə etmək lazım olduğuna o qərar verir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43