Kateqoriyasız

Elxan Məmmədov Masallıda

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov növbətini səfərini Masallı rayonuna edib.

İdmanxeber.az-ın məlumatına görə, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar.

Tədbirin sonunda simvolik oyun keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43