Ölkə futbolu

Elxan Məmmədov millinin üzvləri ilə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

Baş katib Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, 6-da İsveçrə, 2 gün sonra isə Kipr komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Türkiyədə təşkil olunacaq

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43