Kateqoriyasız

Elxan Məmmədov püşkü dəyərləndirdi: “Nəticə qazanmaq mümkündür”

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü  dəyərləndirərkən deyib.

O, AFFA-nın saytına açıqlamasında yığmamızın normal qrupa düşdüyünü və bu rəqiblərlə mübarizə aparmaq gücündə olduğunu bildirib: “Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43