Kateqoriyasız

Elxan Məmmədov seminar keçirdi – Şəkillər

Bu gün AFFA-nın inzibati binasında regional futbol federasiyalarının əməkdaşları üçün seminar keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb, regional federasiyaların fəaliyyətinin futbolun inkişafı və kütləviliyinin artmasında vacib rol oynadığını qeyd edib. Sonra AFFA-nın müxtəlif departament və şöbələrinin əməkdaşları tərəfindən iştirakçılara assosiasiyanın müxtəlif istiqamətlər üzrə fəaliyyəti barədə ətraflı məlumat verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43