Kateqoriyasız

Elxan Məmmədov UEFA-da komitə sədri seçildi

Mayın 29-da Bakı şəhərində ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43