Kateqoriyasız

Elxan Məmmədov UEFA-da sədrlik etdi

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib. İdmanxeber.az xəbər verir ki, iclasa AFFA-nın baş katibi, qeyd olunan komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib.
Xatırladaq ki, bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.
Onu da qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfədi ki, UEFA-da iclasa sədrlik edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43