Kateqoriyasız

Elxan Məmmədov: “Avropa futbol ailəsi onu dəstəkləyir”

AFFA FİFA prezidentliyinə seçkilərdə hansı namizədi dəstəkləyəcəyi barədə hələ qərar qəbul etməyib. 

İdmanxeber.com-un məlumatına görə, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib: 

“FİFA-nın prezidenti postuna 5 namizəd var. Biz onlardan yalnız 2-si ilə danışmışıq. Bunlar Şahzadə Əli ibn əl-Husseyn və Canni İnfantinodur. Şahzadə Əlini çox yaxşı tanıyırıq. Onun proqramı ilə tanışıq. Telefonla müzakirə aparmışıq. İnfantinonu isə artıq 6 ildir tanıyırıq. Bu yaxınlarda onun iştirakı ilə UEFA-da bir saatlıq təqdimat oldu. Düzdür, Avropa futbol ailəsi onu dəstəkləyir. Amma hər bir milli assosiasiya daxili müzakirələrdən sonra qərarını verəcək. Digər 3 namizəd Şeyx Salman bin İbrahim əl-Xəlifə, Tokyo Seksvale və Jerom Şampandan dəstək üçün bizə müraciət edilməyib. Fevraln 15-nə kimi hələ vaxt var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43