Milli komanda

Elxan Məmmədov: “Biz heç kəsə hesabat vermək məcburiyyətində deyilik!”

AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb:

– Bu gün Almaniya Futbol Federasiyasının prezidenti mətbuat konfransında millimizin üzvü Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümündə günahkar olmasına toxunaraq, onun həbsdən belə tez çıxmasını təccüblə qarşıladı. Sizin buna münasibətiniz?

– Bu gün mətbuat konfransında bu məsələnin qalxması bizi təəccübləndirdi. Bu Azərbaycanın işidi. Hər kəsə ikinci şans verilməlidi. Futbol siyasətdən uzaqdı. Bu UEFA və FIFA-nın mesajıdı. Sabah onlarla görüşdə də bu məsələyə yenə toxunacam. Mart ayında Bakıda onlara qarşı oyundan öncə də bu məsələ haqda danışmışdıq. Biz heç kəsə hesabat vermək məcburiyyətində deyilik!

– Ötən gün U-21 millimiz Almaniyaya böyükhesabla uduzdu.

– Çətin oyun oldu. Bilirsiz U-21 millimizin məşqçilər heyətində dəyişiklik oldu. Samir Ələkbərovdan xahiş etdikki, millini il sonuna kimi çalışdırsın. Bu cəsaərtli addımdı. Belə hesabla uduzmağımız bizi məyus etdi. Lakin bu bizim real gücümüzdür.

– Çexiya ilə Bakıdakı oyunu türkiyəli məşqçi Ərtoğrul Sağlam da izlədi. Onu siz Bakıya dəvət etmişdiniz, yoxsa…?

– Mən bildiyim qədərincə o, Bakıya bir neçə futbolçunu izləmək üçün gəlmişdi. Hansı futbolçular olduğunu bilmirəm. Lakin millinin bir neçə oyunçusuna baxmağa gələcəyini bilirdik.

– Sabahkı oyunla bağlı nə deyərdiniz?

– Bizi ağır oyun gözləyir. Onlar hər oyuna 3 xal qazanmaq üçün çıxır. Baxmayaraq ki, şansımız qalmayıb, ancaq millimizin sabah Almaniyaya problem yaratmağa çalışacağına ümid edirəm.

Səxavət Qurbanov // Almaniya

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43