Ölkə futbolu

Elxan Məmmədov: “Bütün sənədləri FİFA-ya göndərmişik”

Dünən AFFA rəsmi saytında Ramil Şeydayevin millimizdə oynaması üçün FİFA-yamüraciət etmələri barədə məlumat yerləşdirib.

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov elə bu məsələ ilə bağlı Rusiyanın TASS xəbər agentliyinin suallarını cavablandırıb.

“Biz futbol federasiyası olaraq bu addımı alqışlayırıq. Müvafiq qərarın qəbul olunması üçün bütün sənədləri FİFA-ya göndərmişik. Ramilin Rusiya millisində oynaması ilə bağlı müvafiq sənədləri Rusiya ali futbol qurumundan almışıq. FİFA-nın reqlamentinə əsasən, futbolçunun Azərbaycan pasportunun olması vacib deyil. Çünki bu və ya başqa futbolçu o halda milli assosiasiyasını dəyişmək hüququna malikdir ki, onu özü, atası və anası, babası və nənəsi oynamaq istədiyi həmin ölkənin ərazisində anadan olsunlar. Məlum olduğu kimi, Ramilin atası da Bakıda anadan olub”.

Qeyd edək ki, Şeydayev bir neçə gün öncə “Trabzonspor”a transfer olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AZAL daha bir futbolçuya qapını göstərdi

admin

“Neftçi”nin qələbə həsrəti davam edir

admin

“Keşlə” antirekord seriyasını qırdı

admin