Müsahibə

Elxan Məmmədov: “Gəlin, qızıl medal qazanmağımızdan həzz alaq”

İslam Həmrəliyi Oyunlarının futbol yarışlarının final matçında Azərbaycan millisi Oman yığmasını 2:1 hesabı ilə məğlub edib.

Idmanxeber.com-un məlumatına görə, oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov qələbəni şərh edib:

"Qarşılaşmaya çox yaxşı başladıq. Sona yaxın oyuna nəzarəti itirmişdik. Buna baxmayaraq, komandamız qızıl medalı qazandı. Bütün futbolçuları, məşqçiləri təbrik edirəm. Fürsətdən istifadə edib oyunçularını milli komandaya göndərən bütün klublarımıza təşəkkürümü bildirirəm. Onlar öz futbolçularının çempionatın sonuna yaxın yığmanın düşərgəsinə qoşulmalarına icazə verdilər. Bunun nəticəsində də yaxşı toplanış oldu və millimiz də gözəl nəticə əldə etdi".

– Avstriya toplanışında milli komandamızın hansı komandalarla qarşılaşacaqları bəlli oldumu?

– Hələ ki, danışıqlar gedir. Rəqiblər bəlli deyil.

– AFFA tərəfindən futbolçulara mükafat veriləcəkmi?

– Bəli. İlk olaraq ölkə rəhbərliyi futbolçuları mükafatlandıracaq, daha sonra federasiya.

– Mükafatın məbləğini açıqlaya bilərsinizmi?

– Gəlin, bu gün qızıl medal qazanmağımızdan həzz alaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43