Milli komanda

Elxan Məmmədov: “Hədəf kimi millimizin qarşısına…”

“Maraqlı püşkatma keçdi. Azərbaycana Avropanın ən güclüləri gələcəklər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının püşkatmasından sonra deyib.

Qurum rəsmisi millimizin AÇ-dəki hədəfini də açıqlayıb: “Millimizin qarşısına qrupdan çıxmaq və növbəti mərhələyə vəsiqə qazanmaq hədəfi qoyulub.

Ev oyunlarının hansı yerli telekanal vasitəsilə yayımlanacağı hələ bilinmir, danışıqlar gedir. Onu deyim ki, oyunların 50 faizi “Eurosport” kanalı vasitəsilə canlı göstəriləcək. Püşkatmanın nəticəsini gözləyirdik. Azərbaycana 10 gün əvvəl gələcək komandalardan biri ilə final mərhələsinə qədər yoxlama görüşü keçirmək istərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43