Müsahibə

Elxan Məmmədov: “Millimiz hər iki görüşdə hesabda geridə olsa da…”

Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Bosniya və Herseqovina – Azərbaycan qarşılaşmasını  canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov qarşılaşmadan sonra AFFA-nın rəsmi saytına açıqlama verib.

İdmanxeber.com müsahibəni sizə təqdim edir:

“İlk növbədə hər birimizi və böyük əzmkarlıq nümayiş etdirən futbolçuları təbrik edirəm. Onlar son iki oyunda biri-birilərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər. Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə oyunda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazandı. Bu bizim üçün önəmli bir uğurdur. 4-5 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldır. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız elit mərhələdə oynayacaq. Bütün komandanı və azarkeşləri təbrik edirəm. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43