Milli komanda

Elxan Məmmədov: “Prosineçki heç yerə getməyəcək”

AFFA-nın baş katibi Elxan Məmmədov Robert Prosineçkinin “Bursaspor”a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, “Qafqazinfo”ya açıqlama verən federasiya rəsmisi onun müqaviləsinin sonuna qədər millidə qalacağını bildirib:

“Prosineçki özü də bu barədə danışıb. O, heç yerə getməyəcək. Müqaviləsinin sonuna qədər Azərbaycan millisində qalacaq. Başqa variant yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43