Kateqoriyasız

Elxan Məmmədov UEFA-nın tədbirində

Xəbər verdiyimiz kimi, UEFA İcraiyyə Komitəsinin bu il iyunun 30-da keçirilmiş iclasında AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatının İdarəetmə və Audit  Komitəsinin üzvü seçilib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komitədəki fəaliyyəti ilə əlaqədar E.Məmmədov bu gün və sabah UEFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində səfərdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43