Kateqoriyasız

Elxan Məmmədova döş nişanı təqdim olunub

FİFA-nın mənzil qərargahında, İsveçrənin Sürix şəhərində, FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, adıçəkilən komitənin üzvü kimi  Elxan Məmmədov tədbirdə ilk dəfə olaraq iştirak edib. Ali futbol qurumunun prosedur  qaydalarına uyğun olaraq yeni komitə üzvlərinə FİFA prezidenti tərəfindən döş nişanı təqdim olunub. Tədbirdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü Şeyx Əli iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43