Qazaxıstan Premyer Liqasında XIII turun rəmzi komandası müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev də simvolik “11-liy”ə düşüb.
“Şaxtyor”la (Karaqanda) qarşılaşmada penalti zərbəsini qaytaran və “Tobol”u 3 dəfə real qoldan xilas edən qolkiper simvolik heyətin çərçivəsində göstərilib.