Ölkə futbolu

Emil Balayev “Ayntraxt”da

“Neftçi” PFK-nın və Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Almaniya Bundesliqası klublarından olan “Ayntraxt”ın (Frankfurt) “Neftçi” PFK-ya ünvanladığı rəsmi dəvətə əsasən baxışda iştirak etmək üçün bu ölkəyə yola düşüb.

İdmanxeber.com-un məlumatına görə, Emil Balayev noyabrın 26-dan dekabrın 12-dək “Ayntraxt”ın düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə əsasən Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43