l Divizion

Emil Balayev Azərbaycan klubu ilə anlaşdı

Milli komandamızın üzvü Emil Balayevin yeni klubunun adı müəyyənləşib. “Neftçi”nin yetirməsi karyerasını ölkəmizdə davam etdirəcək. 


Bir müddən öncə Almaniyanın “Ayntraxt” (Braunşveyq) komandasına keçidi baş tutmayan futbolçu I divizionda mübarizə aparan “Səbail” klubu ilə anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb. 

 
Qeyd edək ki, gənc qolkiperin son klubu “Ayntraxt” (Frankfurt) olub. Emil Almaniya klubundan ayrıldıqdan sonra formadan düşməmək üçün “Qarabağ”ın düşərgəsində məşq edirdi. 
 
Futbol11.az

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43