Ölkə futbolu

Emil Balayev “Qarabağ”a keçidindən danışdı

“Qarabağ” Emil Balayevlə müqavilə imzalandığını rəsmən açıqlayıb.

İdmanxeber.com xəbər verir ki, qapıçı yeni klubuna keçidi haqda fikirlərini bölüşüb:  “İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacam ki, bu etimadı doğruldum. “Qarabağ”a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komandayla məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43