Ölkə futbolu

Emil Balayev “Qarabağ”da – RƏSMİ

"Neftçi" və "Ayntraxt Frankfurt"un keçmiş qapıçısı Emil Balayev "Qarabağ"la müqavilə imzalayıb. 

İdmanxeber.com xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl sportnet.az saytına müsahibəsində bu xəbəri təsdiqləyib: "Emil Balayevi artıq "Qarabağ”ın futbolçusu hesab ermək olar. Onunla 1 illik müqavilə imzalamışıq. Ancaq bu müddət sonradan artırıla da bilər. Emil gənc, perspektivli qapıçıdır. Qurban Qurbanov başda olmaqla məşqçilər korpusumuz onun faydalı "Qarabağ" üçün olduğunu hesab edərək keçidinin həyata keçirilməsini istədilər. Biz də bunu reallaşdırdıq". 

 
Qeyd edək ki, bir müddət əvvəl "Qarabağ"la birlikdə məşq edən Balayev daha sonra "Ayntraxt Braunşveyq"ə yollanmışdı. Amma 22 yaşlı qolkiperin Almaniya macərası uzun sürməyib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43