Kateqoriyasız

Emil Balayev Qazaxıstanda ən yaxşı oldu

“Tobol”un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən yaxşı göstəriciyə malik qapıçısı olub.

Balayev qapısını ən çox toxunulmaz saxlayan qapıçı adını qazanıb. 25 yaşlı qapıçı başa çatan mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu göstəricidə o, çempionatın ən yaxşısı olub. Emil çempionatda 31 görüşdə 22 qol buraxıb. Balayev mövsümün ən uzun quru seriyası (736 dəqiqə) ilə Qazaxıstan çempionatları tarixinin ilk 5-liyinə düşüb.

Emil Balayev ötən mövsümün qış fasiləsində “Səbail”dən “Tobol”a keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43