Kateqoriyasız

Emil Balayev “Tobol”da qalır, yoxsa gedir? – özü açıqladı

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundakı gələcəyindən danışıb. O, komandaya erməni Qriqori Babayanın təyinatından sonra Kostanay təmsilçisindən ayrılacağı ilə bağlı iddialara münasibət bildirib:

“2019-cu il mənim üçün yadda qalan oldu. Milli komandada debütüm bu ildə reallaşdı. Buna görə “Tobol”un rəhbərliyinə, məşqçi heyətinə təşəkkür edirəm. Çünki onlar mənə dəstək oldular. Hazırda “Tobol”da qalıb-qalmayacağımla bağlı nəsə deyə bilmərəm. Çünki mən peşəkar futbolçuyam və müqaviləm var. Müqaviləm məşqçi ilə deyil, klubladı. Bu sözləşmə bir il daha davam edir. Azərbaycan və Qazaxıstan çempionatları arasında fərq var. Qazaxıstanda çempionat yazdan qışa qədər keçirilir. Mən hazırda istirahətdəyəm deyə, klubla əlaqəyə çıxmamışam. Ona görə də dəqiq bir söz deyə bilməyəcəyəm. Bu barədə danışmaq bir az qəliz məsələdi. Nə olsa belə, “Tobol” rəhbərliyi həmişə mənə hörmətlə yanaşır.  Peşəkar müqavilə varsa, qarşılıqlı öhdəliklər yerinə yetirilməlidi. Bizdə isə klub rəhbərliyi ilə qarşılıqlı hörmət var. Necə olacağı barədə düşünməmişəm. Həyatda hər şey mümkündür Gözlənilməz nəsə baş verə bilər. İndidən danışmaq düzgün deyil”.

Balayev “başqa klublardan təklif almısınızmı” sualını da cavablandırıb: “Futbol elə bir idman növüdü ki, agentlər və menecerlər var. Təklif olsa belə, birbaşa mənimlə əlaqəyə çıxan şəxslər yoxdu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43