Kateqoriyasız

Emil Balayev “Tobol”dan ayrıldı! – RƏSMİ

Millimizin qapıçısı Emil Balayevin “Tobol”dan ayrılması rəsmən açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Qazaxıstan klubuna erməni mütəxəssis Qriqori Babayanın baş məşqçi təyin edilməsindən sonra Balayevin bu komandada qalmayacağı gözlənilirdi. Və belə də oldu.

25 yaşlı qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Emil ötən mövsüm Qazaxıstan Premyer Liqasında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlamaqla çempionatın ən yaxşı qapıçısı seçilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43