Kateqoriyasız

Emil Balayev Türkiyəyə niyə gedib?

Azərbaycan millisinin və “Tobol”un qapıçısı Emil Balayev Türkiyəyə yollanıb.

Bu barədə məlumatı Qazaxıstan klubunun rəsmi saytı yayıb.

25 yaşlı qolkiperin tibbi müayinə üçün qonşu ölkəyə getdiyi bildirilir. O, Türkiyə klinikalarından birində profilaktik proseduralardan keçib.

Klubun yaydığı açıqlamada qeyd olunub: “Qapıçıların yüklənmələrinin və məşqlərinin xüsusiyyətləri sahə oyunçularının təlimindən bir qədər fərqlidir. Bu proses Emilin təlim-məşq toplanışına yaxşı formada hazırlaşmasına və növbəti mövsüm müəyyən zədələrin qarşısını almağa kömək edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43