Kateqoriyasız

Emil Balayev Türkiyə Superliqa klubuna keçir

Xorvatiya ilə oyun millimizin heyətində uğurlu debüt edən Emil Balayev karyerasını Türkiyədə davam etdirə bilər.
Emilin etibarlı çıxışı “Konyaspor” skautlarının diqqətini cəlb edib.
Emil bu mövsüm Qazaxıstan çempionatının lideri “Tobol”un heyətində 25 oyunda qapını qoruyub. Bu oyunların 18-də həmyerlimiz qapını toxunulmaz saxlamağı bacarıb.
Qeyd edək ki, yayda “Konyaspor” Qazaxıstandan ilk transferini reallaşdırıb. “Astana”nın müdafiəçisi Marin Aniçiç hazırda “Konyaspor”un heyətində çıxış edir.
azerifootball.com

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43