Kateqoriyasız

Emil Balayev Türkiyəyə gedir – “Tobol” rəsmisindən açıqlama

BƏƏ-də təlim-məşq toplanışı keçən Qazaxıstanın “Tobol” klubunun qapıçısı Emil Balayev sabah Türkiyəyə yollanacaq.

Bu barədə klubun direktoru Nikolay Panin açıqlama verib. O, 25 yaşlı qapıçının Türkiyədə reabilitasiya keçəcəyini deyib:

 

“Emil də Dubaya gəlmişdi, ancaq sabah Türkiyədə reabilitasiya keçməsi planlaşdırılıb. O, toplanışın bir hissəsini Türkiyədə keçirəcək və fərdi proqramla hazırlaşacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43