Dünya futbolu

Emil Balayevdən kobud səhv – “Tobol”dan qələbə – Video

Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubunun heyətində növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı qolkiper Premyer Liqada IV turun “Aktobe” ilə ev matçında forma geyinib. Görüş “Tobol”un qələbəsi ilə yekunlaşıb – 2:1.

Sonadək meydanda olan Balayev 89-cu dəqiqədə öz kobud səhvi nəticəsində qapısından top buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43