Kateqoriyasız

Emil Balayevin yeni klubu bilinir: İlk öncə baxışdan keçəcək (Açıqlama)

Millimizin qapıçısı Emil Balayev karyerasını Norveçdə davam etdirə bilər.

İdmanxeber.az-ın Norveç mətbuatına istinadən verdiyi məlumata görə, son olaraq Qazaxıstan “Tobol”unda çıxış edən qolkiper “Bude-Qlimt”dən təklif alıb. Artıq Balayev danışıqlar üçün sözügedən ölkədədi. Bude təmsilçisinin qapıçılar üzrə məşqçi Conas Ueland Kolstad yerli mətbuata açıqlamasında bunları deyib:

“Biz uzun müddətdir ki, Emil Balayevi izləyirik. O, həm “Tobol”da, həm də Azərbaycan millisi ilə Avropa çempionatı matçlarında uğurlu çıxış edib. İndi onu daha yaxından görmək üçün məşqlərimizə dəvət etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43